“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılıb
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Valeri Karpin Kuba millisi ilə yoxlama görüşü üçün ilkin heyətdə 32 yaşlı qolkiperə də yer verib.
Karpin ümumilikdə 29 nəfərlik heyət müəyyənləşdirib. Təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.
Rusiya ilə Kuba arasında oyun noyabrın 20-də Volqoqradda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin