“Qarabağ”ın qapıçısı Rusiya millisinin yekun heyətinə çağırılıb
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin iki yoldaşlıq oyunu üçün yekun heyətinə çağırılıb.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper 28 oyunçudan ibarət siyahıya daxil edilib.
Millinin təlim-məşq toplanışı 14-15 martda olacaq. Komanda martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək. Hər iki oyun paytaxt Moskvada keçiriləcək.
Martın 1-də açıqlanan ilkin heyətdə 38 futbolçu yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin