“Qarabağ”ın qapıçısı Rusiya millisinə qoşulub

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin düşərgəsinə qoşulub.

Komanda.az “championat”-a istinadən xəbər verir ki, iki il yarımdan sonra milliyə çağırılan 32 yaşlı qolkiper bu gündən məşqlərdə iştirak edəcək.

O, Serbiya və Paraqvaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.

Rusiya yığması martın 21-də Serbiya, 25-də isə Paraqvayla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button