“Qarabağ”ın qapıçısı qərarsızdır

“Qarabağ”ın qapıçısı Andrey Lunyov keçmiş komandası “Bayer”in (Leverkuzen) İtaliya “Atalanta”sı ilə qarşılaşacağı Avropa Liqasının finalında kimə azarkeşlik edəcəyinə qərar verə bilmədiyini etiraf edib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı qolkiper final matçında gözəl futbola azarkeşlik edəcəyini deyib:

“Avropa Liqasının finalında gözəl futbola azarkeşlik edəcəm. Amma mən də istəyirəm ki, “Bayer” bu il qalib gəlsin və trebl alsın. Çünki onların belə bir fürsəti var”.

“Bayer” bu mövsüm tarixində ilk dəfə Almaniya çempionu olub. Bundan əlavə, komanda Avropa Liqasının və Almaniya kubokunun final mərhələsinə yüksəlib. Bu da “Bayer”in eyni vaxtda üç kubok qazana biləcəyi anlamına gəlir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button