
“Qarabağ”ın qapıçısı millinin heyətindən çıxarıldı
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qapıçını DÇ-2026-nın Finlandiya ilə seçmə mərhələ matçının heyətinə daxil etməyib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Azərbaycan klubunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.
Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



