“Qarabağ”ın qapıçısı: “Millidən zəng var idi, amma hələ dəvət yoxdur”

“Qarabağ”ın futbolçusu Andrey Lunyov Rusiya millisindən dəvət gözləyir.

Komanda.az xəbər verir ki, bu barədə 32 yaşlı qapıçı “Championat”-a açıqlamasında deyib:

“Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.

Rusiya millisi martda Serbiya və Paraqvay yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button