“Qarabağ”ın qapıçısı birinci oldu

Azərbaycan Premyer Liqasında cari mövsümdə ən çox “quru oyun” keçirən futbolçu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Qarabağ”ın qapısıçı Şahruddin Məhəmmədəliyevdir. Bu barədə PFL-in saytı məlumat yayıb.

“Qarabağ”ın qapıçısı Azərbaycan Premyer Liqasının 9 matçında qapısını toxunulmaz saxlayıb. Milliləşən rusiyalının ən yaxın izləyicisi Səlahət Ağayevdir. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb. Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı “quru” keçirib. Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdür. Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button