“Qarabağ”ın potensial rəqibində yeni müqavilə
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biri olan Hollandiyanın “Ayaks” klubu futbolçusu David Nereslə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.
Neres 2017-ci ildə “San Paulo”dan “Ayaks”a transfer olunub. O, ötən mövsüm Hollandiya çempionatında 29 matçda 8 qol vurub.
Xatırladaq ki, “Qarabağ” 3-cü təsnifat mərhələsindəki rəqibi APOEL-i mübarizədən kənarlaşdıracağı təqdirdə, pley-off-da PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin