ÇL-də püşk atıldı: “Qarabağ” APOEL-lə qarşılaşa bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dandalk” (İrlandiya) səddini keçsə, APOEL (Nikosiya, Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-14-də olacaq. “Qarabağ” 3-cü mərhələyə vəsiqə qazansa, ilk oyununu səfərdə keçirəcək.
“Qarabağ” “Dandalk”la ilk oyununu səfərdə, iyulun 24-də keçirəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 31-də olacaq.
Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi
APOEL (Nikosiya, Kipr)/Sutyeska – Dandalk (İrlandiya)/Qarabağ (Azərbaycan) cütünün qalibi
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin