
“Qarabağ”ın pley-offdakı rəqibi müəyyənləşdi
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, 3-cü təsnifat mərhələsində “Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdıran “Ferentsvaroş” (Macarıstan) (0:0, 3:0) Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.
“Qarabağ”la “Ferensvaroş” arasında ilk oyun avqustun 19-da, cavab qarşılaşması 27-də keçiriləcək. Komandamız ilk görüşə səfərdə çıxacaq.
3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına iki oyunun nəticəsinə əsasən 6:1 hesabı ilə qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin