“Qarabağ”ın “Sivasspor”la matçının hakimlərinin dəyişdirilməsinin səbəbi açıqlandı
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Sivasspor”la oyununun hakimlərinin dəyişdirilməsinin səbəbi müəyyənləşib.
Komanda.az xəbər verir ki, buna səbəb ilk olaraq oyuna təyinat alan portuqaliyalı Joao Pineyronun koronavirus testinin pozitiv çıxmasıdır. Bundan sonra görüşün idarəçiliyi İsveçrədən olan Sandro Şarerə tapşırılıb.
Dünən keçirilən oyunda “Qarabağ” 0:2 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin