“Qarabağ”ın oyununun biletləri satışa çıxarılıb

Premyer Liqanın 25-ci turu çərçivəsində 3 mart, saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” qarşılaşmasının biletləri artıq satışdadır.

Komanda.az xəbər verir ki, biletləri “iTicket.az” saytından, oyun günü isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək olar.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. 

“iTicket.az” saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30 faiz keşbek tətbiq ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button