“Qarabağ”ın oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqanın 35-ci turunda keçiriləcək “Qarabağ” – “Kəpəz” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, 3 manatdan başlanan bilet qiymətləri sektorlara uyğun dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Azarkeşlər biletləri “iTicket.az”-dan onlayn, “iTicket.az”-ın “28 Mall” və “Gənclik Mall”da yerləşən məntəqələrindən, həmçinin, oyun günü “Azərsun Arena”nın kassasından əldə edə bilərlər.

Mayın 18-də keçiriləcək matç saat 19:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button