“Qarabağ”ın oyununu qırğızlar, türkmənlər, taciklər və özbəklər də izləyəcəklər

Bu gün FİFA-nın dəstəyi ilə Bakıda AFFA-nın və Orta Asiyanın üzv assosiasiyalarının futbol təcrübəsi və bilik mübadiləsi seminarı öz işinə başlayıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA-nın və Qırğızıstan, Türkmənistan, Tacikistan və Özbəkistan futbol assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi seminarda AFFA-nın İnkişaf Strategiyası, klublar haqqında qanunvericiliyin tələbləri, klub lisenziyasında hüquqi və maliyyə meyarlarının nəzərə alınması, qadın futbolu, texniki inkişaf kimi bir neçə mövzu haqqında təqdimatlar qonaqların diqqətinə çatdırılıb.

Seminarın ikinci günü iştirakçılar Bakı Olimpiya Stadionu, 8-ci km stadionu, “Dalğa” Futbol Mərkəzi ilə tanış olduqdan sonra UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Düdelanj” oyununu izləyəcəklər. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button