“Şamaxı”dan Sumqayıtda əzmkar qələbə

Azərbaycanın 1-ci divizionunda 29-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutub.

“Səbail”in əvəzediciləri ilə MOİK arasındakı oyunda qapılara qol vurulmayıb. “Zaqatala” ilə “Qəbələ”nin ikinci komandası arasındakı dörd qolluq oyunda da qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” “Mingəçevir”i minimal hesabla yenib. “Qarabağ”la “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda Tovuz təmsilçisi inamlı qələbəyə sevinib. Çempionluğu təmin etmiş “Araz Naxçıvan” isə bu turda “Neftçi”nin əvəzedicilərinə məğlub olub.

“İmişli” doğma meydanda “Zirə-2” ilə bərabərə qalıb. “Sumqayıt”la “Şamaxı”nın əvəzediciləri arasındakı boqollu matçda isə qonaqlar əzmkar qələbəyə seviniblər.

Birinci divizion, 29-cu tur

16 may

Qarabağ-2 – Turan Tovuz-2 1:3
Qol: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2.
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Asif Əliyev
Binə qəsəbə stadionu

Zaqatala – Qəbələ-2 2:2
Qol
: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zaqatala OİK stadionu

Neftçi-2 – Araz Naxçıvan 2:1
Qol
: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49.
Hakimlər: Kamranbəy Rəhimov, Orxan İbişov, Asif Abdullayev, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança)

Səbail-2 – MOİK 0:0
Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Kərim Zeynalov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

Qaradağ Lökbatan – Mingəçevir 1:0
Qol: Ürfan İsmayılov, 56.
Hakimlər: Tural İbrahimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Mahmud Bağırzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Lökbatan OİK stadionu

18 may

Sumqayıt-2 – Şamaxı-2 3:4
Qol: Rüfət Abdullazadə, 3; 35. Uğur Cahangirov, 31 – Fərid Nadirov, 81. Asim Əlizadə, 85. Nihad Həsənzadə, 90+1. Nihad Ağayev, 90+5-öz qapısına.
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Sumqayıt Arena” (ehtiyat meydança)

İmişli – Zirə-2 1:1
Qol
: Tolqar Yaqubov, 64 – Xəqani Sadıxov, 78.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Heydər Əliyev adına İmişli şəhər stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button