“Qarabağ”ın oyununda qalmaqal: polislər azarkeşləri döydü
Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ”la İrlandiya çempionu “Dandalk” arasındakı cavab oyununda qalmaqal baş verib.
Komanda.az xəbər verir ki, oyunun təhlükəsizliyindən cavabdeh olan polis işçiləri ilə azarkeşlər arasında dava düşüb.
Belə ki, qarşılaşmanın 70-ci dəqiqəsindən etibarən polis işçiləri böyük qüvvə ilə “İmarət” fan-klubunun yer aldığı tribunaya qalxıb, bir neçə azarkeşi döyüb. Bu isə digər fanatların narazılığına səbəb olub. Nəticədə fan-klub üzvlərinin böyük hissəsini ordan uzaqlaşdırmağa müvəffəq olan polislər digərlərini isə “mühasirə”də saxlayıb.
Qeyd edək ki, son dəqiqələri gedən matçda “Qarabağ” 2:0 hesabı ilə öndədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin