Masazırda heç-heçə, “Turan Tovuz”dan darmadağın

Sentyabrın 26-da Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk matçı Qubada keçirilib. Debütant “İmişli” ev oyunlarını keçirdiyi Qubada “Zirə” ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib.

Günün son oyunu çempion “Qarabağ”la “Qəbələ” arasında olub. Ağdam təmsilçisi bu görüşdə inamlı qələbəyə sevinib.

Dünən daha iki qarşılaşma olub. Öncə “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Neftçi” isə bu tur “Karvan-Yevlax”la oyundan qolsuz heç-heçə ilə ayrılıb.

Turun qalan oyunları bu gün keçirilib. Günün ilk matçında Qərb derbisi olub. “Turan Tovuz” hələ də xalsız olan “Kəpəz”i qəbul edib və böyük hesabla yenib.

Tura Masazırda yekun vurulub. “Sabah” doğma meydanda “Sumqayıt”la görüşüb. Tərəflər bu oyunda hərəyə 1 qolla kifayətləniblər.

Azərbaycan Premyer Liqası, 6-cı tur

26 sentyabr

İmişli – Zirə 1:1
Qollar: Dioqo Rollo, 26 – Davit Volkov, 80.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Cəmil Quliyev, Tural Qurbanov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 44. Həzrət İsayev 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 27. Lətif Rzayev 3. Tuncay Yusifli
Baş məşqçi: Jorj Kaşkilya

Zirə: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 25. Enrike Kustodio 30. Rikardo Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Qarabağ – Qəbələ 2:0
Qollar: Abdullah Zubir, 16. Musa Qurbanlı, 90+3.
​​​​​​​Qırmızı vərəqə: Prins Ovusu, 3.
Hakimlər: Rauf Cabarov, Tərlan Talıbzadə, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
“Azersun Arena”

Qarabağ: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk.
Baş məşqçi: Qurban Qurbanov.

Qəbələ: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Kimbila.
Baş məşqçi: Kaxaber Sxadadze.

27 sentyabr

Şamaxı – Araz-Naxçıvan 1:1
Qollar: Rüft Abbasov, 28 – Çarlz Boli, 73.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

Araz-Naxçıvan: 12. Kristian Avram, 2. Qara Qarayev, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 19. Bar Kohen
Baş məşqçi: Elmar Baxşıyev

Neftçi – Karvan-Yevlax 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Zöhrab Abbasov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
“Neftçi Arena”

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi D`Almeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Karvan-Yevlax: 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 37. Mois Nqvisani, 10. Samuel Durrant.
Baş məşqçi: Azər Həşimov.

28 sentyabr

Turan Tovuz – Kəpəz 3:0
Qollar: Aleks Souza, 32. Joarlem Santos, 36. Filip Ozobiç, 46.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
“Azersun Arena”

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. Vadji İbrahima
Baş məşqçi: Kurban Berdiyev

Kəpəz: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 38. Cefferson Bentu, 6. Pedro Qomeş
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 10. Ryonosuke Ohori, 55. Kresus Donqo
Məşqçi: Xaliq Mərdanov

Sabah – Sumqayıt 1:1
Qollar: Coy Lens Mikels, 26. Rüstəm Əhmədzadə, 35.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ramil Diniyev.
“Bank Respublika Arena”

Sabah: 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko (k), 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 19. Aron Maluda, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button