“Qarabağ”ın oyununa 5, 200, 250, 500 manatlıq biletlər

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.

Biletləri yalnız “iTicket.az”-ın mobil tətbiqi üzərindən əldə etmək mümkündür. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər “iTicket.az”-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

“Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button