“Qarabağ”ın oyununa 30 minə yaxın bilet satılıb!

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununa satılan bilet sayı məlum olub.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna artıq 30 minə yaxın bilet satılıb.

“Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Səfərdəki ilk oyunda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button