“Qarabağ”ın oyununa 25 mindən çox bilet satılıb

“Qarabağ”ın Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Bu gün keçiriləcək “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab oyunu avqustun 13-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button