“Qarabağ”ın oyunu ukraynalı hakimə tapşırıldı

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda Bakıda “Çelsi”ni qəbul edəcək.

Komanda.az xəbər verir ki, qarşılaşmanın təyinatları açıqlanıb. Matçı Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.

Oyunun baş hakimi Dmitro Kubriak olacaq. Ona yan xətt hakimləri Vitalii Skoblia və Aleksandr Korniyko yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yətirəcək.

“Qarabağ” – “Çelsi” qarşılaşması noyabrın 5-də, saat 15:00-da “Azersun Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button