“Qarabağ”ın oyunu təxirə salındı
“Qarabağ-2” komandası Peşəkar Futbol Liqasına müraciət edib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, əsas heyətin 6 üzvünün 19 yaşadək millinin heyətdə təlim-məşq toplanışında olduğunu əsas gətirən klub rəhbərliyi “Zirə-2” ilə 15-ci turda keçiriləcək matçın təxirə salınmasını xahiş edib.
“Zirə” klubunun razılıq və AFFA-dan daxil olan təsdiq məktubunu nəzərə alan PFL aşağıdakı qərarı qəbul edib:
Birinci divizionun 15-ci turunun 14 fevral 2019-cu il tarixində keçirilməli olan “Qarabağ-2” – “Zirə-2” matçı ehtiyat gün olan 4 mart 2019-cu il tarixinə keçirilsin.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin