“Qarabağ”dan darmadağın, “Qəbələ”dən inamlı qələbə

Dünən Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Sabah” doğma meydanda “Zirə” komandasını qəbul edib. 6 qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Ötən tur “Qarabağ”a uduzan “Neftçi”nin bu turdakı rəqibi “Keşlə” olub. Bu oyun da məhsuldar alınıb və “Keşlə”nin əzmkar qələbəsiylə başa çatıb.

İkinci oyun günündə əvvəlcə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşmış “Qəbələ” səfərdə “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.

Turun qapanış matçında isə lider “Qarabağ” “Sumqayıt”ın qonağı olub və darmadağınla qalib gələrək zirvədəki mövqeyini möhkəmləndirib.

Azərbaycan Premyer Liqası, 10-cu tur

6 noyabr

Sabah – Zirə 3:3
Qol: Coy-Lens Mikels, 1; 23. Xuan Kamara, 45+2 – Davit Volkov, 5; 59; 81.
Qırmızı vərəqə: Xuan Kamara, 47. (“Sabah”)
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 34. Bəxtiyar Həsənalızadə, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Baş məşqçi: Murad Musayev

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov

______________________________________________________________________________________________________________________________

Keşlə – Neftçi 3:2
Qol: Felipe Santos, 41-pen. Rəhman Hacıyev, 49. Anatole Abanq, 86 – Tyaqo Bezerra, 11; 35.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena”

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 77. Merab Giqauri, 10. Felipe Santos, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 25. Con Kamara, 72. Aldair Neto, 13. Pərviz Azadov, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə, 97. Qurban Səfərov.
Baş məşqçi: Sənan Qurbanov.

Neftçi: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov (k), 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 14. Romen Bask, 9. Tyaqo Bezerra, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 94. Əlirza Müştəbazadə, 26. Ömər Buludov, 22. Mirabdulla Abbasov, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 11. Harramiz Suares, 91. Ramon Maçado, 7. Xorxe Korrea, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov.
Məşqçi: Mübariz Orucov.

______________________________________________________________________________________________________________________________

7 noyabr

Səbail – Qəbələ 0:2
Qol: Emil Səfərov, 88. Məqsəd İsayev, 90+5.
Qırmızı vərəqə: Yurqen Qoxa, 56 (“Səbail”)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

Səbail: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 31. Nail Alışov,11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 24. Elvin Sərkarov, 72. Aydın Ağazadə, 38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 9. Fernan Lopes, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

______________________________________________________________________________________________________________________________

Sumqayıt – Qarabağ 0:4
Qol: Ramil Şeydayev, 39. Musa Qurbanlı, 45+3; 77. Maksim Medvedev, 51-pen.
Matçın 8-ci dəqiqəsində F.Ozobiç penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sumqayıt şəhər stadionu

Sumqayıt: 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 98. Emil Əliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 21. Sənan Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 17. Qaspar Panadero, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button