“Qarabağ”ın oyunu ingiltərəli hakimlərə tapşırıldı

Bakıda “Qarabağ” və Almaniyanın “Bayer” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FİFA referisi Kreyq Pousona Saymon Bennett və Lee Bets kömək göstərəcək. Dördüncü hakim funksiyasını Con Bruks yerinə yetirəcək. VAR-da avstriyalı Carred Cillett, AVAR-da isə Mixael Salisburi olacaq.

Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button