“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşib

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Norveç “Molde”si ilə keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək.

Komandanı Norveçə aparacaq təyyarə noyabrın 29-da, səhər saatlarında havaya qalxacaq. Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq.

Noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button