“Qarabağ”ın mümkün rəqibləri: MY, “Arsenal”, “Roma”…
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya uduzan “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək.
Komanda.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin püşkatması avqustun 26-da keçiriləcək.
Ağdam klubunun potensialı rəqiblərindən bəzilərinin adları məlumdur. Həmin klublar bunlardır:
“Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal” (hər ikisi İngiltərə), “Braqa” (Portuqaliya), “Feyenoord” (Niderland), “Renn”, “Nant”. “Monako” (hamısı Fransa), “Real Sosyedad”, “Betis” (hər ikisi İspaniya), “Union Berlin”, “Frayburq” (hər ikisi Almaniya), “Şturm” (Avstriya), “Union” (Belçika), “Midtülland” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna).
Turnirdə 32 komanda mübarizə aparacaq.
Bizi Facebook-da izləyin