“Əsas hədəfim ötən mövsümkü çıxışımı daha da yaxşılaşdırmaqdır” – “Qarabağ”ın legioneri
“Qarabağ”ın müdafiəçisi Kevin Medina klubun saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, kolumbiyalı müdafiəçi hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:
“Yeni mövsümün hazırlığını intensiv şəkildə davam etdiririk. Bakıdakı toplanışın ikinci həftəsindəyik. Hər şey qaydasındadır və düşünürəm ki, məşqlər plan üzrə gedir. Komanda yoldaşlarım da çox həvəsli və istəklidirlər. Bu da məni sevindirən amildir.
Məşqlərin gərginliyi hazırlığı daha da maraqlı edir. Hazırlıq prosesinin intensivliyi, futbolçuların istəkli olması yekunda komandaya faydalıdır. Fikrimcə, komandamız tez bir zamanda yaxşı formaya düşəcək. Əsas hədəfim ötən mövsümkü çıxışımı daha da yaxşılaşdırmaqdır. Özüm də bunun fərqindəyəm. Futbol hər gün inkişaf edir və bu səbəbdən də üzərimdə daha çox çalışmalıyam. Əsas hədəfim budur və istəyirəm daha yaxşı oynayım.
Konfrans Liqasında İsrail klubuna rəqib olduq. Hamıya məlumdur ki, yeni turnirdir və düşünürəm ki, maraqlı olacaq. İnanıram ki, komandamız yeni turnirdə mümkün qədər irəli gedəcək və yaxşı nəticələrlə azarkeşləri sevindirəcək”.
Bizi Facebook-da izləyin