“Qarabağ”ın legioneri: “Azərbaycanın Portuqaliyaya çətinlik yarada biləcək futbolçuları var”

“Qarabağ”ın müdafiəçisi Kevin Medina açıqlama verib.

Komanda.az xəbər verir ki, Portuqaliya mətbuatına danışan kolumbiyalı futbolçu, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Portuqaliya oyunu haqda fikirlərini bildirib:

“Azərbaycanlılar Kriştiano Ronaldonun bu oyuna gəlməyini gözləyirdilər. O, matçda olmayacaq. Portuqaliyada Ronaldodan başqa da yaxşı futbolçular var. Bruno Fernandesi çox bəyənirəm. O, oyunların taleyini həll edən bir oyunçudur. Portuqaliyanın futbolçuları yüksək səviyyədədirlər. Mən sadəcə ikisinin adını çəkdim. Digərlərini hələ demirəm.

Azərbaycan milli komandası inkişafdadır. Yerli futbolçular artıq Polşa, Türkiyə kimi keyfiyyətli çempionatlara üz tuturlar. Yerli çempionatda da çıxış edən yaxşı futbolçular var.

Şahruddin Məhəmmədəliyev “çərçivə”ni yaxşı qoruyur. Portuqaliya yığması ilə ilk matçda yaxşı qurtarışları olmuşdu. Yarımmüdafiədə Emin Mahmudov, hücumda isə Mahir Emreli inkişafdadır. Qara Qarayevin də adını çəkmək lazımdır. Azərbaycanın Portuqaliyaya çətinlik yarada biləcək futbolçuları var.

Uzun illər Portuqaliyada çıxış etmişəm. Ora mənim evimdir. İndi Azərbaycanın ən böyük klubu “Qarabağ”dayam. Burda tarix yazmaq istəyirəm”.

Bu gün keçiriləcək Azərbaycan – Portuqaliya oyunu saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button