“Qarabağ”ın müdafiə xəttində zəif cəhətlər var” – Hilyermak
İsveçin “Elfsborq” klubunun baş məşqçisi Oskar Hilyemark Avropa Liqasında “Qarabağ”a qarşı qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 32 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında onları çətin oyunun gözlədiyini bildirib:
“Rəqibin heyətində topla fərdi şəkildə yaxşı davranan futbolçular var. Düşünürəm ki. onlar yaxşı oyunçulardan təşkil olunmuş komandadır. Lakin “Qarabağ”ın müdafiə xəttində zəif cəhətlər var. Şanlarımızı yüksək qiymətləndirirəm. Sabahkı matçı səbirsizliklə gözləyirik. 2024-cü ildə son görüşümüzə çıxacağıq. Ümid edirik ki. bizim üçün uğurlu olacaq”.
Avroliqanın Liqa mərhələsinin 6-cı turunun “Elfsborq” – “Qarabağ” oyunu dekabrın 12-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizi Facebook-da izləyin