
“Qarabağ”ın “Molde” ilə oyununa satılan bilet sayı məlum olub
Avropa Liqasının 1-ci turunun Bakıda keçiriləcək “Qarabağ” – “Molde” oyununa bilet satışı davam edir.
Komanda.az xəbər verir ki, oyuna maraq böyükdür. İndiyədək artıq matça 19 min bilet satılıb.
“Qarabağ” – “Molde” qarşılaşması sentyabrın 21-də, Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin