“Qarabağ”ın məşqçisinə 1 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb:

1-ci divizionun 7-ci turunun “Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” komandasının futbolçusu Kənan Cəfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Kəpəz” klubunun futbolçusu Röyal Əhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Səbail-2” – “Qarabağ-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur.

“Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəbəyli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

“Zaqatala” – “Sabah-2” oyununda “Zaqatala” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Zaqatala” – “Sabah-2” oyununda oyunöncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur.

“Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur.

MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button