“Qarabağ”ın məğlubiyyəti sevilən insanın itkisinə bənzəyir”
“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov komandanın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduğu oyunun hakimliyindən narazı qalıb.
Komanda.az xəbər verir ki, o, ingiltərəli hakim Entoni Teylorun qarşılaşmanı vaxtında bitirmədiyini bildirib.
Smirnovun fikrincə, ədalət təmsilçisinin qarşılaşmanı əlavə etdiyi 6 dəqiqədən çox oynatmaq üçün heç bir əsası yox idi:
“Bayer”in daha güclü olduğu aydındır. “Qarabağ” qalib gəlsəydi, heç kim bir söz deməzdi. Amma səfərdə “Bayer”ə qarşı 10 nəfərlə oynamaq ölüm kimidir. Hakim görüşə 6 dəqiqə əlavə etsə də, Almaniya klubu 90+8-ci dəqiqədə qol vurdu. 90+3-cü dəqiqədəki qola almaniyalılar sevindilər. Yəni buna görə əlavə dəqiqə yarım da oynatmaq nəyə lazım idi? Hakimin bu davranışı mənə doğru gəlmədi. “Qarabağ”ın məğlubiyyəti sevilən bir insanın itkisinə bənzəyir.
“Qarabağ” yenə sensasiya edə bilərdi. Fantastik bir fikir deyəcəm: “Bayer”i keçsəydilər, Avropa Liqasını qazanmağa iddia edə bilərdilər. “Liverpul”un və ya başqasının hazırda “Bayer”dən güclü olduğunu düşünmürəm”.
İki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer” turnirin 1/4 finalına adlayıb.
Bizi Facebook-da izləyin