
“Qarabağ”ın “Lex”lə matçlarının vaxtı dəqiqləşdi
“Qarabağ”ın “Lex”ə (Polşa) qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
Komanda.az xəbər verir ki, “köhlən atlar”ın ilk oyunu iyulun 5-də səfərdə olacaq və saat 22:00-da başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək. Bu oyun saat 20:00-da start götürəcək. Bu barədə Poznan klubunun rəsmi saytı məlumat yayıb.
Bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin