
“Qarabağ”ın legionerləri məğlubiyyətə üzüldü
“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi UEFA Millətlər Liqasında 5-ci tur matçına çıxıb.
Komanda.az xəbər verir ki, Monteneqro millisi səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb – 1:0.
Yankoviç və Veşoviç da bu matçda iştirak edib. Hər iki oyunçu start heyətdə meydana çıxıb. Yankoviç 81-ci dəqiqədə əvəzlənibsə, Veşoviç sona qədər oynayıb.
Monteneqro millisi bu nəticə ilə A Liqasına yüksəlmək şansını itirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin