“Qarabağ”ın legioneri sıradan çıxdı

“Qarabağ” Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Qazaxıstanın “Kayrat” komandasına qarşı keçirəcəyi oyundan öncə daha bir futbolçusunun xidmətindən məhrum olub.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin ispaniyalı legioneri Qaspar Panadero zədələnib.

23 yaşlı yarımmüdafiəçi əzələsini dartdığına görə bir neçə həftə komandasına kömək edə bilməyəcək. Bu üzdən Panaderonun adı bu gün keçiriləcək “Kayrat”la görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Qarabağ”ın heyətində Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev də zədə səbəbindən uzun müddətdir komandaya kömək edə bilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button