
“Qarabağ”ın legioneri oynamadı, komandası qələbəyə sevindi
“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzianın çıxış etdiyi Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsində E qrupunda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Əlcəzair millisi Toqo ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.
Benzia matçı ehtiyat oyunçular skamyasında keçirib.
Hazırda 9 xalı olan Əlcəzair millisi birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin