“Qarabağ”ın legioneri milliyə çağırıldı

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Miodraq Raduloviç 30 nəfərlik heyətə 28 yaşlı futbolçunun da adını daxil edib.

Yankoviçdən fərqli olaraq, “Qarabağ”ın digər futbolçusu, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.

Monteneqro millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində 16 noyabrda Litva, 19 noyabrda isə Macarıstanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button