“Qarabağ”ın legioneri milliyə çağırıldı
“Qarabağ”ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə dəvət alıb.
Komanda.az xəbər verir ki, bu barədə Monteneqro Futbol Federasyasının mətbuat xidməti məlumat yayıb.
31 yaşlı müdafiəçi Rumıniya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı UEFA Millətlər Liqasının qrup oyunları üçün yığmaya cəlb olunub.
Monteneqro seçməsi iyunun 4-də Rumıniyanı qəbul edəcək. İyunun 7-də Finlandiyanın qonağı olacaq komanda 4 gün sonra Podqoritsada Bosniya və Herseqovinanı sınağa çəkəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin