“Qarabağ”ın rəqibinin futbolçuları koronavirusa yoluxdu
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”da koronavirusa yoluxma qeydə alınıb.
Komanda.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Xorxe Sampaoli yerli mətbuata açıqlamasında deyib. O, komandanın iki futbolçusunda koronavirus aşkarlandığını bildirib.
“Marsel”də müdafiəçi Pol Lirola və yarımmüdafiəçi Konrad de la Fuentanın koronavirus testinin nəticəsi müsbət çıxıb. Hər iki oyunçu karantinə alınıb.
“Qarabağ” “Marsel”lə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin