“Aşdod”un yeni transferi “Qarabağ”la oyunlardan danışdı
“Qarabağ”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Aşdod”un (İsrail) yeni transferi Martin Raynov açıqlama verib.
Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi, “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı da danışıb:
“Əsas hədəfim təlim-məşq toplanışından səmərəli istifadə edib, yaxşı hazırlaşmaqdır. Çünki bizi qarşıda “Qarabağ”la iki vacib oyun gözləyir. Qarşıda duran başlıca vəzifə növbəti mərhələyə adlamaqdır. Bu yolda komandama kömək etmək istəyirəm”.
“Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin