“Qarabağ”ın rəqibi ingiltərəli milyarderə satıldı

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Omoniya” (Kipr) klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Financial Mirror” nəşri məlumat yayıb. Xəbərdə, ingiltərəli milyarderin “Omoniya”nın hazırkı sahibi Stavros Papastavruya klubun səhmləri üçün 28 milyon avro ödədiyi bildirilib.

“Omoniya” UEFA Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Bazel” (İsveçrə) və “Kayrat”la mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button