“Qarabağ”ın xal itirəcəyini düşünmürəm” – “Bazel”in baş məşqçisi

“Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Bazel” komandasının baş məşqçisi Patrik Rahmen açıqlama verib.

Komanda.az xəbər verir ki, Rahmen, Konfrans Liqasının qrup mərhələsini 1-ci yerdə bitirmək istədiyini söyləyib:

“Növbəti mərhələyə vəsiqəni təmin etsək belə, Qazaxıstanda qələbə qazanmalıyıq. “Kayrat”la matçda 3 xal qazanmalıyıq. “Qarabağ”ın xal itirəcəyini düşünmürəm. Biz qrupda birinci yeri tutmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.

Konfrans Liqasının H qrupunda “Qarabağ” 10 xalla liderdir. “Bazel” 8 xalla ikinci sırada yer alıb. 2 xalı olan “Omoniya” (Kipr) 3-cü, 1 xalı olan “Kayrat” (Qazaxıstan) isə sonuncudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button