“Kayrat”ın legioneri sağaldı – “Qarabağ”la oyunda iştirak edə bilər
“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Kayrat”ın zədəli futbolçusu Yatsek Quralski sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb. Xəbərdə, polşalı yarımmüdafiəçinin artıq komandayla məşqlərə qoşulduğu bildirilib.
Quralski “Kayrat”ın “Qarabağ”a qarşı keçirəcəyi Konfrans Liqası matçında iştirak edə bilər.
Oktyabrın 21-də, Bakıda keçiriləcək “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin