“Qarabağ”ın rəqibinin hücumçusu “Yuventus”a keçə bilər

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel”in (Fransa) futbolçusu Arkadiuş Milik klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, polşalı hücumçu İtaliyanın “Yuventus” klubuna keçə bilər. Bu barədə “TuttoJuve” portalı məlumat yayıb.

Xəbərdə, “Yuventus”un Miliki mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib. Turin təmsilçisi yaxın zamanda 27 yaşlı futbolçu üçün “Marsel”lə danışıqlara başlayacaq.

Milik bu mövsüm “Marsel”lə 15 oyunda 5 qol vurub.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button