Fransa klubundan ayrıla bilər – “Qarabağ”ın keçmiş üzvü
“Qarabağ”ın keçmiş hücumçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubunu tərk edə bilər.
Komanda.az “peuple-vert.fr”-ya istinadən xəbər verir ki, seneqallı hücumçu mövsümün əvvəlində “Qarabağ”dan keçdiyi Liqa 2 klubunda ümidləri doğrulda bilməyib.
Baş məşqçi Loren Battlzın istəyi ilə klub rəhbərliyi “Ayaçço”ya icarəyə verilən Jan-Filipp Krassonu geri qaytarmaq qərarına gəlib. Fil Dişi Sahilidən olan forvardın icarə müqaviləsi mövsümün sonuna qədər olsa da, “Sent Etyen” onu yanvarda heyətinə cəlb etməyə çalışacaq.
“Qarabağ” 2021-ci ilin yayında Norveçin “Höqesunn” klubundan transfer etdiyi Vadjini bu ilin avqustunda “Sent Etyen”ə satıb. Fransa klubu ilə 3 illik müqavilə imzalayan 27 yaşlı futbolçu bu müddətdə 10 oyunda 3 qol vurub.
Bizi Facebook-da izləyin