“Qarabağ”ın keçmiş məşqçisi İngiltərə klubu ilə anlaşıb

“Qarabağ”ın və “Neftçi”nin keçmiş məşqçisi Ruben Sellesin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 40 yaşlı mütəxəssis İngiltərə 1-ci liqasında çıxış edən “Ridinq” klubu ilə anlaşıb.

İspaniyalı məşqçi son olaraq “Sauthempton”da işləyib.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button