“Qarabağ”ın keçmiş futbolçusunun 1 yaşlı oğlu öldü
“Qarabağ”ın keçmiş futbolçusu Yakub Jezniçakın oğlu Olivier vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı polşalı müdafiəçinin formasını geyindiyi Plotsk “Visla”sı rəsmi saytı vasitəsilə yayıb.
Xəbərdə bildirilib ki, Jezniçak – Maqdalena Stepyen cütünün körpəsi 1 yaş 10 günlüyündə ölüb. Buna səbəb onun qaraciyər xərçəngindən əziyyət çəkməsi olub. Körpə İsraildə müalicə aldığı klinikalardan birində vəfat edib.
Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib və 2 dəfə Azərbaycan çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin