“Qarabağ”ın keçmiş futbolçusu Təbriz klubunda
“Qarabağ”ın keçmiş futbolçusu Xayme Romero karyerasını İranda davam etdirəcək.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu Təbrizin “Traktor” klubu ilə anlaşıb.
“Kartaxena” dan ayrıldıqdan sonra klubsuz qalan 32 yaşlı yarımmüdafiəçi Təbriz təmsilçisinin təklifini qəbul edib.
Romero 2019-2022-ci illərdə “Qarabağ”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin