“Qarabağ”ın keçmiş futbolçusu: “Onun bu cür sıçrayışı məni təəccübləndirdi”

“Qarabağ”ın keçmiş futbolçusu Miçel Madeyra hazırda “Sauthempton”un baş məşqçisi olan Ruben Selles haqqında açıqlama verib.

Komanda.az xəbər verir ki, Miçel “Marca”-ya açıqlamasında vaxtı ilə “Qarabağ”da çalışmış Sellesin klubda hamıya yaxın olduğunu bildirib:

“O, “Qarabağ”da hamıya yaxın idi. Onun bu cür sıçrayışı məni təəccübləndirdi. Amma iş qabiliyyətinə görə yox. Ona fürsət verilsə, yaxşı iş ortaya qoyacağını bilirdim. Ümid edirəm ki, baş məşqçiliyi mükəmməl olacaq”.

İspaniyalı futbolçu həmyerlisinin çalışqan insan olduğunu deyib:

“Şəhərə və kluba öyrəşdiyim zaman mənə çox kömək edib. İki il yarım birlikdə olduq. Selles matçın metodologiyasına cavabdeh idi. O, analitik kimi çalışıb, rəqibləri öyrənirdi. Eyni zamanda, fiziki məşqçi kimi də işləyib. İngilis dilini yaxşı bilirdi, hətta rus dilini öyrənmək üçün də vaxt sərf edirdi”.

Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.

Miçel Madeyra 2015-2020-ci illərdə “Qarabağ”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button