“Qarabağ”ın keçmiş futbolçusu baş məşqçisi olduğu klubdan ayrılıb

“Qarabağ”ın keçmiş futbolçusu Muarem Muarem baş məşqçisi olduğu “Qostivar” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə şimali makedoniyalı mütəxəssis özü məlumat verib. 

Ağdam klubunun tarixi ərzində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmasında pay sahibi olmuş Muaremin “Qostivar”dan ayrılmasının səbəbi məlum deyil.

Bu komanda 9 turdan sonra lider “Rabotniçki”dən iki xal geri qalaraq, 17 xalla üçüncü pillədədir. 

Muarem 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button